...

Sankt-Peterburq Milad Yarmarkasında Azərbaycan günü keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2012 22:41 (UTC +04:00)
Sankt-Peterburq Milad Yarmarkasında yanvarın 8-də Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Günü keçirilmişdir.
Sankt-Peterburq Milad Yarmarkasında Azərbaycan günü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir R.Daraxşan/

Sankt-Peterburq Milad Yarmarkasında yanvarın 8-də Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Günü keçirilmişdir.

Baş konsulluğunun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yarmarkada ölkəmizin kənd təsərrüfatı məhsulları, həmçinin Azərbaycan mətbəxi və müxtəlif suvenirlər nümayiş etdirilmişdir.

Sankt-Peterburq Hökümətinin 2006-cı il tarixli qərarına əsasən hər il Sankt-Peterburq Hökümətinin iqtisadi inkişaf, sənaye siyasəti və ticarəti Komitəsi tərəfindən hər Yeni il ərəfəsində şəhər sakinləri və qonaqlar üçün "Sankt-Peterburq Milad Yarmarkası" keçirilir.

Yanvarın 14-dək davam edəcək yarmarkada Sankt-Peterburq şəhərində yaşayan xarici ölkələrin nümayəndələri (bu il 17 ölkə) iştirak edirlər. Tədbir çərçivəsində hər bir ölkənin günü keçirilir.

Baş konsul Qüdsi Osmanov tədbirdə çıxış edərək, Azərbaycanın yeni əsrdə siyasi-iqtisadi nailliyyətlərindən, Azərbaycan ilə Rusiya arasında olan dostluq münasibətlərdən və Azərbaycan icmasının Rusiyada böyük rolu haqqında geniş məlumat vermişdir.

Tədbirin sonunda Sankt-Peterburqun Mariinski teatrın artistləri ölkəmizin görkəmli bəstəkar Polad Bülbüloğlu və müğənni Rəşid Behbudovun mahnılarını ifa etmiş, o cümlədən, bayramda iştirak edən şəhər sakinlərinə Azərbaycan rəqsləri nümayiş olunmuşdur.

Xəbər lenti

Xəbər lenti