...

"Eurovision"la əlaqədar hotellərə baxış keçiriləcək

Cəmiyyət Materials 29 Fevral 2012 13:30 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi martda bütün müvafiq təşkilatlarla birgə Bakıda hotellərə baxış keçirəcək.
"Eurovision"la əlaqədar hotellərə baxış keçiriləcək

Azərbaycan, Bakı, 29 fevral / Trend müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi martda bütün müvafiq təşkilatlarla birgə Bakıda hotellərə baxış keçirəcək. Bunu çərşənbə günü Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, monitorinqlərin martın hansı tarixlərində keçiriləcəyi hələ dəqiqləşdirilməyib.

Azərbaycan Turizm Assosiasiyası (ATA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə Trend-ə deyib ki, monitorinqlərdən sonra hotellərdə xidmət səviyyəsinin nə dərəcədə təşkil edilməsi haqqında məlumat əldə ediləcək.

Xəbər lenti

Xəbər lenti