...

DİN Bakıda homoseksualların qapalı məkanda saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib

Cəmiyyət Materials 15 May 2012 11:08 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda 100-dən çox homoseksualın tutularaq qapalı məkanda saxlanılması barədə mətbuatda yayılan məlumatları təkzib edir.
DİN Bakıda homoseksualların qapalı məkanda saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 15 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda 100-dən çox homoseksualın tutularaq qapalı məkanda saxlanılması barədə mətbuatda yayılan məlumatları təkzib edir.

DİN-in mətbuat xidmətinin rəisi Sadiq Gözəlov Trend-ə bildirib ki, mətbuatda yayılan Bakıda "mavi"lərə qarşı xüsusi əməliyyat keçirilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil və Azərbaycan dövlətinə qarşı təxribatdır.

Qeyd edək ki, yayılan məlumatda Bakıda "mavi"lərə qarşı xüsusi əməliyyat keçirildiyi, onların "Eurovision" bitənədək şəhərə buraxılmayacağı və ciddi nəzarət altında saxlanacağı bildirilir.

Xəbər lenti

Xəbər lenti