Mediaya dövlət dəstəyi: Alternativsizliyin tam müstəqilliyə aparan yolu

Mediaya dövlət dəstəyi: Alternativsizliyin tam müstəqilliyə aparan yolu

Əflatun Amaşov - Mətbuat Şurasının sədri

Son zamanlar Azərbaycanda mediaya dövlət dəstəyi müstəvisində meydana çıxmış və ayrı-ayrı qəzetlərə ünvanlanmış əks mülahizələrlə bağlı düşüncələrimi bölüşməzdən öncə Remarkın bir fikrini xatırlatmaq istərdim. Görkəmli mütəfəkkir deyirdi ki, pul insan xarakterini korlayır. Stivenson bir qədər də sərt formada adamların pul üçün azadlıqlarını xərclədiklərini vurğulamışdı. Əslində pulla bağlı deyimləri sadalamaqla bitməz və müxtəlif ictimai-siyasi formasiyaların məhsulu kimi meydana çıxan kəlamlar pulun mahiyyətinə dəyər baxımından nə qədər tutarlı sayılsalar da, mütləq deyillər. O anlamda ki, pul çox şeydir, hər şey deyil.

Elə anlaşılmasın ki, ölkəmizdə mediaya dövlət dəstəyi ilə bağlı başlanılmış prosesi müdafiə etmək niyyətindəyəm. Nə müdafiəyə ehtiyac görürəm, nə də kiminsə baxışının qeyri-məqbulluğundan söz açacam. Sadəcə mediamızın ağır durumuna bu və ya digər dərəcədə təsir göstərmək üçün dövlət dəstəyinin alternativsizliyini düşünən və mövcud istiqamətdə təşəbbüslər irəli sürən biri kimi bəzi mətləblərə aydınlıq gətirəcəm.

Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin göstərilməsi ənənəyə çevrilib. "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Kəsəsi, tutalım, söhbət pul verilməsindən gedir. ...ki, KİV-lərimiz ictimaiyyətin maraqlarını, daha doğrusu dövlətin ictimaiyyətə xidmət baxımından seçdiyi prioritetləri qarşılamaq üçün ayaqda qala bilsinlər. Elə buradanca dövlət-media oxunun bir növ, hədəfi müəyyənləşir. İstərdim ki, məsələ ilə bağlı fikir bildirənlər obyektivlik üçün öncə bu məqama diqqət yetirsinlər - Konsepsiya ilə KİV-ə dəstək göstərmək marağı ətraflı, konkret və detallı şəkildə ortaya qoyulur. Sənəddə bildirilir ki, dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib. Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruriləşdirir. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təminatı xüsusi əhəmiyyət kəsb edir. Buna görə də KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyinin göstərilməsi müasir dövrümüzün tələbinə çevrilib.

Göründüyü kimi, məsələyə kompleks baxış mövcuddur. Yəni, pul xidmət üçün verilir. Xidmət isə ictimai əhəmiyyət daşımaqla həm dövlətə, həm də mediaya eyni dərəcədə lazımdır. Söhbət təkcə pul verilməsindən getsəydi, Konsepsiya qəbul olunmazdan və KİVDF yaradılmazdan öncə də bu iş həyata keçirilirdi. Deməli, ayrıca sənədin ortaya çıxması və qurumun formalaşması əlahiddə mərama hesablanmış strategiyadır. Prinsipial baxımdan qeyd edilməli məqam həmin strategiyanın hansı metodlarla həyata keçirilməsidir. Mövcud xüsusda kimsə iradını, narazılığını bildirsə, təklifini səsləndirsə, zənnimcə, ümumi işə, alternativsizliyi dəfələrlə isbatlanmış prosesə fayda vermiş olar.

"Güclü media, güclü dövlət deməkdir" formulunu "media IV hakimiyyətdir" formulu ilə qarşılaşdıraq. Totalitar Sovetlər Birliyi dönəmində mətbuata, onun fəaliyyət dairəsinə münasibətdə formalaşan ənənəni, habelə güclü dövlət hakimiyyətinin mətbu prinsipləri arxa plana atmasını yada salaraq bəlkə bir çoxlarımız düşünürük ki, dövlət medianı klassik hakimiyyət formaları sırasında möhkəmlənəcək qədər gücləndirərmi? Mülahizələr də səslənir ki, güclü medianın mövcudluğu dövlətə alət kimi sərfəlidir. Axı, medianın ictimai rəyi yönləndirmək, onu müxtəlif şəklə salmaq imkanları var və dövlət bundan yararlanmaqla istək və məramını həyata keçirə bilər. Əlbəttə, bu baxışların əksəriyyəti dövlətin politoloji ədəbiyyatlarda qeyd edilən funksiyalarına bəzən zidd olaraq da meydana çıxır və onların qayəsində bir çox ölkələrin idarəçilik sistemindəki arzuolunmaz praktikaya əsaslanma dayanır. Hər halda tarix göstərir ki, belə nəzəriyyələr də həmin sistemlərin təkmilləşməsində, həmçinin vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsində az rol oynamayıb, nəticə etibarilə inkişafa gətirib.

Zaman keçdikcə bu inkişaf xüsusiyyətlərini dəyişib. Mətbuatın da istər fəaliyyətində, istərsə də strukturunda buna uyğun fərqliliklər yaranıb. Hazırkı məqamda elektron media ilə rəqabət və jurnalistikanın daha çox kommersiya sahəsinə çevrilməsi mərhələsi start götürüb. Azərbaycandan fərqli olaraq bu proses və onunla əlaqədar digər məziyyətlər ABŞ-da, eləcə də Qərb ölkələrində olduqca tez başlanıb və artıq yekunlaşıb. KİV-lərə dövlət dəstəyinin göstərilməsi də həmçinin. Qərbdə dövlətin mətbuata dəstək göstərməsinin hansı səbəbdən zəruriliyini dərk edir və düzgün qiymətləndirirlər. Məsələyə aydınlıq gətirmək üçün bir neçə məqama diqqət yetirmək vacibdir.

Əvvəla, dünya miqyasında ötən əsrin 60-cı illərindən başlayaraq gündəlik qəzetlərin tirajları düşməyə başlayıb. Ümumiyyətlə, gündəlik nəşrlərin sayları da azalmağa doğru gedib. Hətta Avropanın oxucularının çoxunun gündəlik qəzetlərə meyl göstərdiyi ənənəvi qəzet ölkələrində abunəçilərin sayı məhdudlaşıb və ya tam durğun vəziyyətə düşüb. Qəzet oxumağın orta davamlılığında da geriləmələr var. Təkcə Böyük Britaniyada qəzetlərin tirajlarında düşmələr artıq neçə onillikdir ki, müşahidə olunmaqdadır. Ölkə gənclərinin böyük qismi qəzet oxumağa ehtiyac duymur, orta məktəbi bitirən dörd məzundan biri isə qəzet oxumaqda çətinlik çəkir.

Əlbəttə, mövcud vəziyyətin yaranmasında rəqabət amilinin böyük rolu var. Məsələ burasındadır ki, dərin rəqabət müstəvisində müəyyən qəzetlərin bazarda dominant mövqeyə yiyələnməsi digərlərinin onlarla hər hansı mübarizə aparmasını mümkünsüzləşdirir və tədricən ikincilər sıradan çıxır. Təbii, həmin nəşrlərlə birgə auditoriyalarında seyrəlmələr yaranır ki, nəticə etibarilə sevimli qəzetini itirmiş oxucu başqasına meyl göstərmir. Təsəvvür edin ki, vaxtilə oxucu tapmaqda problem yaşamayan, reklamın böyük bazara malik olduğu Nyu-York kimi şəhərdə 1990-cı ildən başlayaraq özünü doğruldan qəzetlərin sayı cəmi dörd olub. Hazırkı dövrdə Nyu-York bazarında yalnız bir gündəlik qəzetin - "Nyu-York tayms"ın hegemonğulundan söhbət gedir. Kommersiya reklamlarının və reklam gəlirlərinin əsas hissəsi məhz bu nəşrdə cəmləşir.

Başqa bir fakta diqqət yetirək: 1930-cu ildə İngiltərədə 500-dən artıq irili-xırdalı şəhərdə bir-biri ilə rəqabət apara bilən qəzetlər çıxırdı. İndi belə şəhərlərin sayı 30-a çatmır. Ölkənin digər yerlərində isə yerli qəzet bazarını yalnız biri təmsil edir. Onu da demək lazımdır ki, Avropada regional bölmələri olan qəzetlərin sayında da azalmalar var. Bahalı komputerlərin və çap texnologiyasının geniş yayılması yerli qəzetlərin böhranını gücləndirib.

Növbəti cəhət kimi siyasi partiya böhranlarının təsirini qeyd etməliyik. Çünki ancaq siyasi rəqabət müstəvisində özünü doğruldan və siyasi prosesləri işıqlandırmaqla ömür sürən nəşrlər maddi cəhətdən daha üstünlərinə uduzublar. Bu isə partiya mətbuatının tənəzzülünə gətirib. Ümumiyyətlə İkinci Dünya Müharibəsindən sonrakı dövrdə televiziyanın və digər kommersiyalaşmış KİV-lərin təsiri Avropada nüfuzlu partiya mətbuatının sıradan çıxmasında müstəsna rol oynayıb.

Ötən əsrin 90-cı illərində daha çox yüksəktirajlı partiya qəzetlərinin çıxdığı Qərbi Almaniyada öz gündəlik mətbu orqanını yalnız Demokratik Sosializm Partiyası saxlaya bildi. Digər partiyalar isə bundan məhrum oldular. Onlar ya nəşrlərini bağladılar, ya da satdılar. Onu da deyək ki, illər ərzində hegemon rol oynamış demokratik sosilistlər belə digər nüfuzlu mətbu orqanlarının varlığını qorumaqda çətinliklər yaşadı.

Nəticədə XX əsrin sonundan başlayaraq gündəlik mətbuatın plüralist xarakterinin qorunması problemi kəskin qoyulmağa başlayır. Əvvəl televiziya, indi isə internetlə rəqabət fonunda mövcud cəhət onun reklam bazası əldə etməsi və yaşaması baxımından mühüm amil kimi dəyərləndirilir. Qeyri-kommersiya xarakterli və gəlirsiz KİV-lərin sıradan çıxması vətəndaşları ölkənin daxili və xarici ilə bağlı xəbərlərdən, ictimai əhəmiyyətli informasiyalardan məhrum edir. Bu isə cəmiyyətdə və informasiya mühitində plüralizmin azalmasına, insanların müxtəlif yönlü, alternativ informasiya mənbələri əldə etmək hüququna zərbə kimi qiymətləndirilir. Siyasi və gəlirsiz media orqanlarının "ölümü" cəmiyyətdə medianın "dördüncü hakimiyyət" rolunu şübhə altına alır, belə demək mümkünsə, ideyalar bazarında cəmiyyətin demokratik tələbatları, özünü ifadə vasitələri ödənilməmiş qalır. Nəhayət, qəzetlərin iflası məsələsi demokratik dəyərlərin sıradan çıxması kimi assosiasiya olunaraq qlobal səciyyə daşımağa başlayır.

Əslində bütün bunlar dünya ictimaiyyətini ötən əsrin 60-70-ci illərindən düşündürməyə başlayıb. Hələ 1978-ci ildə Avropa Şurası Parlament Assambleyasında qəzetlərə subsidiya verilməsinin təminatına kömək göstərilməsinin vacibliyi vurğulanıb. Avropa Birliyi ölkələrində problemi aradan qaldırmaq və mətbuatın dözümlülüyünü təmin etmək məqsədilə proteksionist siyasətin yürüdülməsi nəzərdə tutulub ki, burada da mətbuat orqanlarına və mətbəələrə maddi dotasiyaların verilməsi, poçt, teleqraf, vergi, kömrük və digər imtiyazların tətbiqi başlıca tədbir kimi irəli sürülüb.

Təbii ki, mövcud siyasət ardıcıl və uzun müddətli xarakter aldığı zaman müsbət nəticələr əldə olundu. Məsələn, indinin özündə də dövlət dəstəyinin 1960-cı ildən tətbiq edildiyi Finlandiyada qəzetlərin yarıdan çoxu bunsuz fəaliyyət göstərmək iqtidarında deyil və məsələyə tam normal yanaşılır. Hazırda bir çox Avropa ölkələrində dövlət gündəlik qəzetləri bu və ya digər dərəcədə maliyyələşdirir ki, obyektiv amillərin təsiri ilə cəmiyyətdə nəşrlər barəsində sıradan çıxmaqda olan yüksək ictimai rəy saxlanılsın. Birbaşa dövlət dəstəyinin hesabına İsveçdə iki böyük siyasi qəzet - 1887-ci ildən çıxan sosial-demokrat yönümlü "Arbatet" ("Əmək") və 1884-cü ildən nəşr olunan mühafizəkar ruhlu "Svenska Dagbladet" ("İsveç gündəlik qəzeti") saxlanılır. Avropanın bir çox yerlərində hətta siyasi və ictimai baxışları yayan mətbu KİV-lərin maliyyə sıxıntılarını aradan qaldırmaq, onlara maddi dəstək göstərmək üçün xüsusi məqsədyönlü proqramlar fəaliyyət göstərir.

Dünyada mediaya dəstək praktikasını labüd edən təcrübə ilə ölkəmizdəki oxşar zərurətin meydana gəlmə səbəblərini müqayisəyə gətirdikdə ortaya maraqlı nüanslar çıxır. Göründüyü kimi, Qərbdə, eləcə də ABŞ-da mətbu böhranı iqtisadi kataklizmalar şərtləndirib. Yəni, iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilən media bu mühitdə baş verən dəyişikliklərin, tendensiyaların, rəqabətin mənfi təsirinə məruz qalıb və sıradan çıxmağa başlayıb. Azərbaycanda isə mətbuatın zəif duruma düşməsi böyük mənada hansısa iqtisadi prosesin məntiqi davamı kimi dəyərləndirilə bilməz. Amma hər iki halda nəticə eynidir. KİV-lərin tirajı aşağıdır, oxucu auditoriyası seyrəkdir, maddi-texniki imkanları zəifdir, jurnalistlər sosial çətinliklər içərisindədirlər. Deməli, Azərbaycanda dövlət dəstəyinə ehtiyac KİV-lərin iqtisadi rəqabətdə belə desək, itib-batmasına yol verməmək üçün deyil, onları iqtisadi rəqabətə hazırlamaq, artan iqtisadi tərəqqiyə adekvat yanaşmalarını təmin etmək zərurətindən irəli gəlib. Konsepsiyada da deyildiyi kimi, Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi və siyasi plüralizmin genişlənməsi cəmiyyətdə informasiyaya olan ictimai tələbatı daha da artırıb.

Sonda onu da deyim ki, Azərbaycan mediası uzun yolun başlanğıcındadır. Bu yol tam müstəqillik yoludur. Kimin necə düşünməsindən asılı olmayaraq yolumuzun məşəqqətlərinə qatlaşmağa məhkumuq. Ola bilər, indi etdiklərmizdə nələrsə çatışmır, nələrəsə yenidən nəzər salmalıyıq. Amma hədəfimiz dəyişməzdir və dəyişməzliyi müəyyənləşdirən Azərbaycan jurnalistikasının özüdür. Bu jurnalistikada isə "Yeni Müsavat" qəzeti də, "Yeni Azərbaycan" qəzeti də, "Səs" də, "Azadlıq" da peşə anlamında eyni funksiya yerinə yetirirlər. Vəziyyəti nəzərə alaraq onların daşıdıqları siyasi missiyalar da müəyyən mənada anlayışla qarşılanmaqdadır. Ölkənin jurnalist cameəsi bir-birini başa düşür. Axı, həmin cameənin hər bir üzvünün sosial, maddi-texniki durumu böyük hesabla eynidir. Eynilərin arzuladıqları həyat sözsüz ki, gələcək.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Cüdoçularımız Avropa kuboku yarışında 2 medal qazanıblar
Gənclər Gəncə terrorunun qurbanlarını yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev: Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi
Prezident İlham Əliyev: Otuz il əziyyət içində yaşamış köçkünləri maksimum qısa müddətdə doğma torpaqlarına qaytaracağıq
Prezident İlham Əliyev: Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin
Prezident İlham Əliyev: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Milli bayramlarımızla bağlı düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur
Prezident İlham Əliyev: Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artıb
Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır
Son sutka ərzində Azərbaycanda 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Prezident İlham Əliyev: Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq
Prezident İlham Əliyev: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev: Füzulidə icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir
Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar
Prezident İlham Əliyev Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub
Prezidenti İlham Əliyev Füzulidə avtomobil yolunun və yeni “ağıllı kənd”in təməllərini qoyub
Prezident İlham Əliyev: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik
Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində növbəti təlim keçirilib
Prezident İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür və bunu artıq heç kim inkar edə bilməz
Prezident İlham Əliyev: Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq
Prezident İlham Əliyev: Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı
Prezident İlham Əliyev: Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı
Prezident İlham Əliyev: Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi
Prezident İlham Əliyev: 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar
Güllə daraqları məni ölümdən xilas etdi - Vətən müharibəsi qazisi
Ukrayna Ali Radasının nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb
Prezident İlham Əliyevin son Sərəncamı əhalinin rifahını daha da yüksəldilməsini nəzərdə tutur - Tamam Cəfərova
Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə bilər - Aydın Hüseynov
İranda koronavirusdan ölənlərin sayı 124 min nəfəri keçib
İranda qida təhlükəsizliyi ilə əlaqədar ciddi addımlar atılmalıdır - İranın Səhiyyə Nazirliyi
Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib - ukraynalı deputat
İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb (FOTO)
Ukraynalı deputatlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dinc insanların həlak olduğu əraziyə baş çəkiblər (FOTO)
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
Müstəqillik dövrünün ən böyük uğuru Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın azad edilməsidir - Rauf Əliyev
Azərbaycanın canlı əfsanəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Sabah Bakıda 21 dərəcə isti olacaq
Milli gücün nəyə qadir olduğunu dünyaya göstərdik – Bahar Muradova “Sahil Kərimli ilə Aktual” layihəsində (VİDEO)
Əməkhaqqı və pensiyalarla bağlı sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır – Deputat
Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub
Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? - AÇIQLAMA
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib
Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq
Qubada ağır yol qəzası baş verib, ölənlər var
Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb
Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - Füzuli fatehləri Trend TV-yə danışıb (VİDEO)
ABŞ-da snayper tüfəngli robot it yaradılıb
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Ermənistanda anti-Rusiya isterikası davam edir
Nazirlər Kabineti maaş və pensiyaların artılıması ilə bağlı sərəncamın icrasına başlayıb
Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)
İranda daha 181 nəfər koronavirusdan öldü
Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM
Tarif Şurasının işığın və qazın qiyməti ilə bağlı dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək - İZAH
Erməni təxribatları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gecikdirilmiş 851,9 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənməsi təmin edilib
MDU-nun tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib (FOTO)
Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi
Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu - Vüqar Kərimov
Bütün xəbərlər