...

Bakının istintaq təcridxanalarında araşdırma aparılıb

Cəmiyyət Materials 10 Sentyabr 2013 18:52 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı və 3 saylı istintaq təcridxanalarında olub, müvəkkilə müraciət edən şəxslərlə görüşüblər.
Bakının istintaq təcridxanalarında araşdırma aparılıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı və 3 saylı istintaq təcridxanalarında olub, müvəkkilə müraciət edən şəxslərlə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənib, hüquqlarını və ombudsmanın səlahiyyətlərini izah edib, şikayətlər diqqətlə dinlənilib.

Hər iki müəssisədə qəbul edilmiş 25 nəfərədək şəxslə fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməyiblər.

3 saylı İstintaq Təcridxanasında 12 nəfərlik yeni qısamüddətli gorüş otağının istifadəyə verilməsi müsbət hal kimi qiymətləndirilib.

Başçəkmənin nəticələri və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisənin rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti