...

ADA-da "Ərəb baharı: səbəblər, nəticələr və enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masa keçirilib

Cəmiyyət Materials 11 Noyabr 2013 16:03 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Ərəb baharı: səbəblər, nəticələr və enerji təhlükəsizliyi” mövzusunda Vaşinqton İnstitutunun mütəxəssisi Deyvid Polok ilə dəyirmi masa keçirilib.
ADA-da "Ərəb baharı: səbəblər, nəticələr və enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Ərəb baharı: səbəblər, nəticələr və enerji təhlükəsizliyi" mövzusunda Vaşinqton İnstitutunun mütəxəssisi Deyvid Polok ilə dəyirmi masa keçirilib.

ADA Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, dəyirmi masa ADA-nın Xəzər Enerji və Ətraf Mühit Mərkəzi tərəfindən Vaşinqton İnstitutunun doktoru Deyvid Polokla təşkil edilib.

Müzakirə zamanı D.Polok qlobal enerji məsələlərinə əhəmiyyətli təsiri olmadığı müddətdə "Ərəb baharı"nın Böyük Şərqin enerjiylə zəngin ölkələrinə yayılma ehtimalının yüksək olmadığını vurğulayıb, eyni zamanda, İraqın Kürdlərin məskunlaşdığı bölgələrində enerji məsələlərini də müzakirə edib.

Türkiyənin İraq Kürdüstanından hidrokarbon resurslarının nəqlində yaxından maraqlı olduğu və artıq fəal şəkildə bu məsələ ilə məşğul olduğu, Ankara və Ərbil arasındakı tandemin İraq Kürdüstanının siyasi müstəqilliyinə gətirib çıxarmayacağı haqqında aktiv müzakirələr aparılıb.

D.Polok təqdimat zamanı İsraildən Türkiyəyə çəkilməsi mümkün olan qaz boru xəttinin tərəflər arasınadakı münasibəti düzəldəcəyi məsələsinə də toxunub.

Doktor Deyvid Polok Vaşinqton İnstitutunun Orta Şərq ölkələrinin siyasi dinamikası üzrə Kaufman mərkəzinin əməkdaşıdır. Daha əvvəl Dövlət Departamentinin Böyük Orta Şərq üzrə baş məsləhətçisi kimi çalışıb. Harvard Universitetində qonaq mühazirəçi və Corc Vaşinqton Universitetində professor assistenti kimi fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti