...

Miqrasiya Xidməti: Moskvada qeyri-leqal işləyən əcnəbilərin sayı 1 milyonu ötə bilər

Cəmiyyət Materials 9 Yanvar 2014 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Moskva ərazisində qanunsuz işləyən əcnəbilərin sayı 1 milyonu ötə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin Moskva İdarəsinin rəisi Olqa Kirillova deyib.

Onun sözlərinə görə, Mokvada 400 mindən çox əcnəbi qanuni əsasda əmək fəaliyyəti göstərir:

"Təqribən 215 min əcnəbi vətəndaş iş icazəsi üzrə çalışır. 200 mindən çoxu isə patent alanlardır. Bu, fiziki şəxslərin əmək fəaliyyətinin həyata keçirilməsinə görə hüququ nəzərdə tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti