...

İqtisadiyyat və sənaye naziri Salyanda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2014 14:18 (UTC +04:00)
2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 18-də Salyan rayonunda təşkil edilmişdir.
İqtisadiyyat və sənaye naziri Salyanda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 18-də Salyan rayonunda təşkil edilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından 50-yə yaxın vətəndaş iştirak etmişdir.

Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, əkin sahələrinin su təchizatı, məktəblərin istilik təminatı, sosial və s. məsələlərlə bağlı müraciət etmiş, təkliflərini bildirmişlər. Vətəndaş müraciətləri diqqətlə dinlənilmiş, nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapmışdır. Nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbul zamanı sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, istixanaların yaradılması, ət kəsimi və emalı müəssisəsinin təşkili və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.

Qeyd edək ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün Salyanda keçirilən qəbulla bağlı kütləvi informasiya vasitələrində əvvəlcədən müvafiq elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdir. Bundan başqa, vətəndaşların qəbula dair müraciətləri Nazirliyin saytında və facebook səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi vasitəsilə də qeydiyyata alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti