Qazaxıstan, Astana, 29 yanvar /Trend, müxbir D.Muxtarov/
Qazaxıstan paytaxtında güclü şaxta hökm sürür. Astana məktəblərində bütün siniflərdə dərslər təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Məlumatda deyilir: "Yanvarın 29-da güclü şaxta ilə əlaqədar Astana məktəblərində 1-11-ci sinif şagirdləri üçün məşğələlər təxirə salınıb".
Respublikanın Hidrometeorologiya Mərkəzinin məlumatına görə, paytaxtda havanın temperaturu 35-37 dərəcə şaxta təşkil edir.