...

AMEA-da yaradılan Elmi İnnovasiyalar Mərkəzinə direktor təyin edildi

Cəmiyyət Materials 21 Fevral 2014 17:24 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə təyinat aparılıb.
AMEA-da yaradılan Elmi İnnovasiyalar Mərkəzinə direktor təyin edildi

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə təyinat aparılıb.

Akademiyanın Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Aparatın Hüquqi təminat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Bununla yanaşı, Zülfüqar Fərzəliyev "Elm" qəzeti və "Elm və həyat" jurnalının baş redaktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Elmi İnnovasiyalar Mərkəzi akademiyada yeni yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti