...

Əli Həsənov: Narkotik vasitələrin məhv edilməsi zamanı narkotiki çıxarıb yerinə başqa tozlar qoyublar

Cəmiyyət Materials 2 May 2014 12:52
Vaxtilə narkotik vasitələrin məhv edilməsi zamanı narkotiki çıxarıb yerinə başqa tozlar qoyublar.
Əli Həsənov: Narkotik vasitələrin məhv edilməsi zamanı narkotiki çıxarıb yerinə başqa tozlar qoyublar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/

Vaxtilə narkotik vasitələrin məhv edilməsi zamanı narkotiki çıxarıb yerinə başqa tozlar qoyublar. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vaxtilə narkotik vasitlərin məhv edilməsi zamanı bəzi nöqsanlara yol verilib: "Bəzi yerlərdə biz bu faktı aşkarladıq. Narkotiki çıxarıb yerinə başqa tozlar qoymuşdular. Dəyişdirilən narkotikin həcmi çox olmasa da, faktla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Hələ ki, məsələ ilə bağlı istintaq gedir".

Baş nazirin müavini narkotik aludəçiləri arasında vəzifəli şəxsin də olduğunu bildirib. Lakin o, həmin şəxsin adını açıqlamayıb: "Ümumiyyətlə, narkomaniya ilə mübarizədə müxtəlif metodlar var. Onun biri də profilaktik yoldur. Xəbərdarlıq, ictimaiyyətə xəbər vermək, amma adını çəkməmək. Vətəndaş əgər tədbir görürsə, çəkilirsən geri, onun nəticəsi olur. Tədbir görmürsə, sonra onu deyən adını açıqlaya da bilər, açıqlamaya da"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti