...

Gəncədə ümumşəhər iməciliyi təşkil edilib (FOTO)

Cəmiyyət Materials 9 İyun 2014 12:29 (UTC +04:00)
Gəncədə Heydər Əliyev park kompleksin ərazisində iməcilik təşkil olunub. Şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivlərinin qatıldığı iməcilikdə park ərazisində səliqə-səhman yaradılıb.
Gəncədə ümumşəhər iməciliyi təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Gəncədə Heydər Əliyev park kompleksin ərazisində iməcilik təşkil olunub. Şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivlərinin qatıldığı iməcilikdə park ərazisində səliqə-səhman yaradılıb. Yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib. Ərazidə mövcud olan ağac və tinglərə su verilib. İrigövdəli ağaclar budanıb və dibləri bellənib. İməcilik zamanı sözügedən ərazi həmçinin məişət tullantılarından da təmizlənib. Xatırladaq ki, iməciliyə səhər saatlarından start verilib və bir neçə saat davam edib. Bundan başqa, parkda əkinçilik və meliorativ tədbirlərin yerinə yetirilməsi təmin olunmaqla, əraziyə müxtəlif gül kolları əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti