...

“45 il öncə başlanan milli intibah”

Cəmiyyət Materials 9 İyul 2014 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin akt zalında Ümummilli lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi münasibətilə "45 il öncə başlanan milli intibah" adlı tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Sonra tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının İdarə Heyətinin üzvü, "Tibbi profilaktika" ərazi ilk partiya təşkilatının sədri Akif Əlibəyov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə respublikamızın iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib, ölkə sürətli inkişaf mərhələsinə qədəm qoyub. O, bildirib ki, məhz həmin tarixdən sonra ölkədə vəziyyət yaxşılaşmağa başlamış, iqtisadi inkişaf nəzərə çarpıb, milli kadrların hazırlanması işinə diqqət artırılıb.

Çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, bugünkü qüdrətli, müstəqil Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin şah əsəridir. Natiq qeyd edib ki, hazırda müstəqil, azad və bütün dünyada söz sahibi olan Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb seçilən dövlətlərindən birinə çevrilib. Artıq respublikamızın özünəməxsus sosial-iqtisadi inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır. Bu gün Azərbaycanın regionda aparıcı söz sahibi olması və ölkəmizin dünyanın lider dövlətləri ilə bir sırada durması dahi rəhbər Heydər Əliyev siyasətinin təntənəsidir.

Tədbirdə fikirlərini bölüşən Süleyman Məmmədov, Afaq Əliyeva, Ziyəddin Kazımov və başqaları qeyd ediblər ki, 1969-cu ildən sonra Azərbaycanda quruculuq işləri aparılıb, ölkəmiz Sovet İttifaqının qabaqcıl respublikaları sırasına yüksəlib.

Bildirilib ki, böyük şəxsiyyət 1993-cü ildə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçib, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlayıb.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanın iqtisadi, siyasi, elmi, hərbi, mədəni, ictimai və sosial sahələrdə sahib olduğu yüksək potensial ötən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılıb. Dünya şöhrətli siyasi xadimin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində isə bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti