...

Gəncədə sərin su aksiyası keçirilir

Cəmiyyət Materials 21 Avqust 2014 11:08
Gəncədə sərin su aksiyası keçirilir. Bu maraqlı aksiyanın həyata keçirilməsinə səbəb ölkə ərazisində hökm sürən isti hava şəraitidir.
Gəncədə sərin su aksiyası keçirilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Gəncədə sərin su aksiyası keçirilir. Bu maraqlı aksiyanın həyata keçirilməsinə səbəb ölkə ərazisində hökm sürən isti hava şəraitidir.

Sinoptiklərin istilərin avqust ayının 25-nə qədər davam edəcək xəbəri YAP Gəncə şəhər təşkilatı işçilərini sözün əsl mənasında səfərbər edib. Nəticədə təşkilatın əməkdaşları pulsuz sərin su kampaniyasına start veriblər. Eyni zamanda ərazilərə təcili tibbi yardım briqadaları da cəlb edilib. Aksiya hələlik şəhərin müxtəlif istiqamətlərində əhalinin sıx olduğu 6-7 məntəqədə keçirilir. Məntəqələrin sayının artırılması planlaşdırılır.

YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev deyib: "Başqa sözlə, aksiyamıza peşəkar həkim kollektivi də qoşulub. Düşünürük ki, isti havada günvurma halları ola bilər və belə halların yerində və anında qarşısının alınması üçün belə aksiyaların keçirilməsi vacibdir".

Sərin su aksiyasının əhalinin sıx olduğu ərazilərdə genişləndirilməsi nəzərdə tutulub. YAP Gəncə şəhər təşkilatı digər müəssisə və təşkilatları bu aksiyaya qoşulmağa səsləyir.

Bu arada, bu gün havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin saat 17:00-dək dayandırılması barədə aidiyyəti işəgötürənlərə göstəriş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti