...

"Mənim üçrəngli bayrağım" (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2014 18:00 (UTC +04:00)
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə "dəyirmi masa" keçirildi.
"Mənim üçrəngli bayrağım" (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə "dəyirmi masa" keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Bakı Dövlət Universitetinin tarix elmləri üzrə fəlsəfə doktoru Nuru Məmmədov, Bakı Dövlət Universitetinin tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Ələmdar Şahverdiyev və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Milli bayrağımızı əks etdirən rəsmlərdən ibarət guşə ilə tanış oldular, şagirdlərin vətənpərlik mövzusunda şeirləri dinlənildi.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunmasını əlamətdar bir hadisə olduğunu vurğulayaraq, müstəqillik rəmzimiz olan Dövlət bayrağımızın yaranması tarixindən danışdı. Bildirdi ki, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olundu, dövlət bayrağımız indiyədək dəfələrlə dəyişdirildi, Sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımız yenidən bərpa olundu.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev də ölkəmizin milli dövlət rəmzlərini uca tutur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında, eləcə də 2009-cı il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlar dövlətimiz tərəfindən milli atributlarımıza verilən yüksək dəyərdir. Bundan başqa, regionlarda Bayraq meydanlarının yaradılması cəmiyyətimizdə, xüsusən də gənclərimizdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir.

Daha sonra çıxış edən qonaqlar üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsini ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapdığını bildirdilər.

Dövlətimizin başçısının milli ideallara bağlılığının üçrəngli bayrağımıza münasibətdə də açıq-aydın göründüyünü, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanmasını da bu yüksək ehtiramın ifadəsi kimi səciyyələndirdilər. Dövlət rəmzlərimizə göstərilən bu münasibətin ölkəmizdə milli həmrəylik, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məramından irəli gəldiyini bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti