...

Gəncədə təbliğat-təşviqat kampaniyasına start verildi (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2014 12:44 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşaraq, bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də, qələbəni təmin etmək üçün zəruri addımlar atır.
Gəncədə təbliğat-təşviqat kampaniyasına start verildi (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Yeni Azərbaycan Partiyası 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşaraq, bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də, qələbəni təmin etmək üçün zəruri addımlar atır. Partiyanın Mərkəzi Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərməklə, bütövlükdə Partiya və onun şəhər və rayon təşkilatlarını seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər etmişdir. Partiya üzvləri hər zaman seçkilərə yeni texnologiya və inkişafı hədəfləyərək qatılır ki, bu səbəbdən də xalqın seçimi hər zaman Yeni Azərbaycan Partiyası olur.

Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası bu dəfəki bələdiyyə seçkilərində də, əvvəlki bələdiyyə seçkilərində qazanılmış təcrübəyə və təşkilatının bu məsələ ilə əlaqədar təsdiq etdiyi yeni fəaliyyət proqramına əsasən, bələdiyyə seçkiləri ilə əlaqədar ilkin hazırlıq işləri vaxtında başa çatdırmışdır. Gəncə şəhər Təşkilatıda mərkəzi aparatın fəaliyyət proqramına və tapşırıqlarına uyğun olaraq, bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülmüş YAP üzvlərinin sənədlərini müəyyən olunmuş vaxtda hazırlayaraq, seçki dairələrinə təqdim etmişdir. Həmin namizədlərində seçki dairələrində qeydiyyatdan keçmə prosesi başa çatmış, Azərbaycan Respublikası Seçki məcəlləsinin 60-cı və 216-cı maddələrinə uyğun olaraq, 43 namizədin hər biri qeydiyyata alınmışdır. YAP Gəncə şəhər Təşkilatı da bu tərkibin uğur qazanacağına inanır və o üzvlərin daha çoxunun qələbəsini gözləyir. Çünki, Gəncə şəhərinin sakinləri hər zaman ümummilli lider Heydər Əliyev siyasi kursuna sadiqliyi ilə seçilib. Odur ki, bu dəfəki seçkilərdə də vətəndaşlarımızın Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərinə inanılır.

YAP Gəncə şəhər Təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar partiya fəallarının qüvvəsi ilə seçici siyahılarının dürüstləşdirilməsi, ayrı-ayrı yaşayış məntəqələrində namizədlərin seçicilərlə keçiriləcək görüşlərinin və təbliğat-təşviqat tədbirləri üçün müvafiq yerlərin seçilməsi, təbliğat-təşviqat qruplarının yaradılması məsələləri də öz həllini tapmışdır. Bu gün isə yaradılmış təbliğat-təşviqat qrupları 23 dekabr 2014-cü il bələdiyyə seçkilərinin keçirilməsinə dair təqvim planına əsasən, seçkilərə 23 gün qalmış təbliğat-təşviqat kompaniyasına başladılar. Gənc partiya fəalları təbliğat-təşviqat kompaniyasınaGəncə şəhərində mövcud olan 4 Dairə Seçki Komissiyasının və 107 məntəqə seçki komissiyalarının dislokasiyalarına görə,Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat plakatlarının və Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələri üzrə namizədlikləri irəli sürülmüş 43 nəfərin vahid formada hazırlanmış plakatlarını asmaqla başlamışdır. Bunlardan əlavə ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları da hazırlanıb ki, onlarda seçicilərə paylanacaqdır.

YAP Gəncə şəhər Təşkilatı tərəfindən yaradılmış təbliğat-təşviqat qrupları və namizədlər plakatların asılması, bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər də keçirəcəklər.

Bələdiyyə seçkiləri ilə bağlı təğliğat kampaniyası dekabr ayının 22-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti