...

Mübariz Qurbanlı Göyçay və ətraf rayonların sakinlərinin müraciətlərini dinlədi

Cəmiyyət Materials 24 Fevral 2015 15:15 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda bölgə vətəndaşlarını qəbul edib.
Mübariz Qurbanlı Göyçay və ətraf rayonların sakinlərinin müraciətlərini dinlədi

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görürlər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Göyçay rayonunda bölgə vətəndaşlarını qəbul edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçay, Ucar, Ağdaş, Mingəçevir və Yevlaxdan olan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən, dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması və dövlət qeydiyyatına alınması ilə bağlı olub.

Komitə sədri hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti