Mübariz Qurbanlı: Dini radikalları çökdürəcəyik (MÜSAHİBƏ)

Mübariz Qurbanlı: Dini radikalları çökdürəcəyik (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsi

- Son zamanlar Azərbaycanda radikal dini təmayüllü qrupların, xüsusən sələfi-vəhhabi, xəvarici cərəyanlarının ardıcıllarından ibarət mütəşəkkil dəstələrə qarşı hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar barədə nə deyə bilərsiniz?

- Son vaxtlar radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması və aradan qaldırılması üçün çox böyük işlər aparılıb. Artıq bu yöndə Azərbaycanın hüquq-mühafizə orqanlarının, eləcə də ideoloji qurumların apardığı işlər öz mühüm nəticələrini verir. Qoy bilsinlər ki, onlara qarşı bu mübarizə bir an belə dayandırılmayacaq! Biz ölkəmizdə həmin radikal qrupları tam aradan qaldırana qədər bu işləri davam etdirəcəyik.

Azərbaycan İslam ölkəsidir. Bizim İslami dəyərlərimiz, milli adət-ənənələrimiz var. Biz tarixən nəsildən-nəslə ötürülən bu dəyərləri qorumalı və yaşatmalıyıq. Azərbaycan dövləti, onun başçısı cənab İlham Əliyev bu dəyərləri qorumaq üçün çox böyük işlər həyata keçirir. Biz ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan vermirik və verməyəcəyik də! Çünki bu, cəmiyyətimizin, milli adət-ənələrimizin, söykəndiyimiz İslami dəyərlərin istəyidir.

- Bir müddət əvvəl Trend-ə bildirmişdiniz ki, həmin qrupların maliyyə mənbələrinin, iqtisadi resurslarının aşkar edilməsi və onların qarşısının alınması ilə bağlı tədbirlər görüləcək. Bununla bağlı hər hansı yeniliklər var? Maliyyələşmə əsasən haradan, kimlər və hansı sahələr vasitəsilə həyata keçirilir?

- Biz bu yaxınlarda Türkiyədə səfərdə olarkən özümüz üçün maraqlı bir məsələni aydınlaşdırdıq. Bizə bildirildi ki, orada radikal dini qruplar demək olar ki, yoxdur. Əgər varsa belə, onlar həlledici rol oynaya, məscidlərə, cəmiyyətə ciddi təsir göstərə bilmirlər. Bunun əsas səbəblərindən biri Türkiyədə ənənəvi İslami dəyərlərin təbliği və təşviqi işinin dövlət səviyyəsində geniş şəkildə aparılmasıdır. Fikrimcə, orada əldə etdiyimiz bu təcrübədən mütləq yararlanacağıq.

Azərbaycanda isə radikal dini qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib. Bunlardan birincisi qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır. Bura Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar radikallaşmış dini qruplar tərəfindən qanun pozuntusuna yol verildiyi təqdirdə onların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar. Buna misal olaraq, MTN və DİN tərəfindən son dövrlərdə təşkilatlanmış silahlı şəbəkə yaradan, eləcə də Azərbaycan vətəndaşlarını xarici ölkələrdəki silahlı münaqişələrə cəlb edən radikal qrupların aşkar edilərək zərərsizləşdirilməsini göstərmək olar. Bundan əlavə, radikal qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatın yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və MTN birgə geniş tədbirlər həyata keçirir.

Digər istiqamət isə iqtisadiyyat sahəsi ilə bağlıdır. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu, yolverilməzdir.

- Qeyri-qanuni yollar deyərkən əsasən nəyi nəzərdə tutursunuz?

- Qeyri-qanuni yollar deyəndə, məsələn, xaricdəki qüvvələr tərəfindən radikal dini qruplara vəsait göndərilməsi, həmin qruplar vasitəsilə pulu əvvəlcədən ödənilməyən malların Azərbaycana gətirilərək burada yayılması və tərəfdarları vasitəsilə satışa çıxarılması, malların müftə verilməsindən istifadə edərək onlardan əldə edilən gəlirlərdən təkrarən qeyri-qanuni ədəbiyyatın əldə olunması və satışı, eyni zamanda, bu cür vəsaitdən istifadə edərək gənclər arasında tərəfdarların toplanması, onların şirnikləndirilməsi, silahlı birləşmələrə və xaricdəki silahlı münaqişələrə cəlb edilməsi və həmin vəsaitlərdən onların maliyyələşdirilməsi üçün istifadə edilməsini nəzərdə tuturam.

Lakin onların bu mənfur məqsədlər üçün iqtisadi yollarla əldə etdikləri gəlirlərin qarşısı alınır və bundan sonra da alınacaq. Bu istiqamətdə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi və digər dövlət qurumları müvafiq işlər aparırlar ki, kimlərsə qeyri-qanuni yolla Azərbaycana vəsait gətirərək onları burada konstitusion sistemin əleyhinə yönəldə bilməsinlər. Bu cür vəsaitlərin Azərbaycana qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən qurumlar tərəfindən gətirilməsinin qarşısının alınması üçün də artıq qanunvericilikdə müvafiq dəyişikliklər edilib.

- Bəs qeyd etdiyiniz üçüncü istiqamət hansıdır?

- Üçüncü istiqamət ideoloji-təbliğati yol və bu yolla radikalların bazasının çökdürülməsidir. İdeoloji-təbliğati yol əsl İslami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Biz bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstəririk. Bu iş kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirilir. Topladığımız təcrübə əsasında maarifləndirmə işlərini daha yüksək səviyyəyə qaldırmağı planlaşdırırıq.

- Bəzən sosial şəbəkələrdə bəzi radikal qruplara məxsus mağazalarda, supermarket şəbəkələrində digər məzhəb və ya təriqətlərə mənsub insanlar tərəfindən istehsal edilən məhsulların qəbulundan və satışa çıxarılmasından imtina edildiyinə və ya buna əngəllər yaradıldığına dair məlumatlar yayılır. Bu məsələ ilə bağlı hansı tədbirlər görüləcək?

- Hesab edirəm ki, belə şeylər yolverilməzdir. Belə hallar ortaya çıxdıqca onların qarşısı alınır və alınacaq. Yəni din pərdəsi altında öz iqtisadi maraqlarını həyata keçirmək istəyən qüvvələrə qarşı qətiyyətli, sərt tədbirlər görüləcək. Biz, həmçinin din əbası altında siyasi maraqlarını ifadə etmək istəyənləri, eləcə də ideoloji yolla Azərbaycanda ənənəvi dəyərlərə qarşı çıxanları mütləq çökdürəcəyik. Azərbaycanda dini radikallara qarşı sonadək "çökdürmə siyasəti" aparılacaq.

"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Loading Bars
Xəbər lenti
"Samsung"un rəhbəri həbs edilib
Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini
Polietilen torba istehsalçılarına xəbərdarlıq edilib
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu (FOTO) (ƏLAVƏ OLUNUB)
Web Coder Agentliyi yeni xidmət paketini təqdim edir
Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bu prinsiplər əsasında keçirilir
Tibb işçilərinin koronavirusa qarşı vaksinasiyasına start verildi (FOTO)
Şuşada yanğın olub
20 Yanvar günü bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Vaksinasiya COVİD-19-la mübarizədə mühüm amildir - Könül Nurullayeva
Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə ilə bağlı sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq
Cəlilabad sakini taksidə 4 kiloqram heroinlə tutuldu
Peyvənd 2021-ci ildə Azərbaycan iqtisadiyyatına koronavirusun mənfi təsirlərinin qarşısını ala bilər
Azərbaycan vaksinasiyaya başlayır - İlk kimlər peyvənd olunacaq?
Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb, 5 nəfər həbs edilib
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayanlara müraciət edib
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Deputatlar tətildən qayıdır
Azərbaycanda gəmi kapitanı dünyasını dəyişib
SOCAR üçün pandemiya dövrünün əsas çağırışı məhz insanları ixtisara salmadan, əməliyyat dayanıqlığının qorunması olub
Cəbrayıl polisi narkotacir qardaşları saxladı
Koronavirus yoluxduruculuq qabiliyyətini nə zaman itirəcək? - Azərbaycanlı alim açıqladı
Yanvarın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Ötən il 50 milyon dollardan çox metanol ixrac edilib
30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR
Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər - Alim
Qazaxıstanda koronavirusa yoluxanların sayı 170 minə çatır
Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu keçib
İsraildə koronavirusa yoluxanların sayı 550 minə çatır
Amsterdamda etiraz aksiyası zamanı 115 nəfər saxlanılıb
Braziliyada koronavirusa qarşı iki vaksinin istifadəsinə icazə verilib
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfəri ötüb
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
Britaniyada bir gündə koronavirusa 38 mindən artıq yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdə hərbi sursat, mərmi qalıqları və minalar aşkarlanıb - ANAMA (FOTO)
Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 683 mindən çox yoluxma qeydə alınıb
Fransada komendant saatını pozan 5,9 min nəfər cərimələnib
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
SMS icazə ləğv olundu - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Bütün xəbərlər