...

DOQUP layihəsinin final konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 4 May 2015 14:07 (UTC +04:00)
DOQUP layihəsinin final konfransı keçirilib.
DOQUP layihəsinin final konfransı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

DOQUP layihəsinin final konfransı keçirilib.

Qırğızıstanın Jusup Balasaqın adına Qırğız Milli Universitetində DOQUP layihəsinin final konfransı keçirilib. Konfransda Bakı Dövlət Universitetini (BDU) Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib. BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə partnyor ölkələrin Təhsil Nazirliklərinin, Erasmus plus ofislərinin nümayəndələri, həmçinin Özbəkistan və Türkmənistan universitetlərindən nümayəndələr iştirak ediblər.

Tədbirin əsas məqsədi layihənin nəticələrinin yayılması, tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə online sistemin tətbiq edilməsi istiqamətində aparılan işlərin müzakirəsi və layihə nəticələrinin davamlılığını təmin etmək məqsədi ilə qətnamənin qəbul edilməsindən ibarət olub.

Konfransda layihənin koordinatoru Genuya Universitetinin professoru Alfredo Skvarzoni təqdimatla çıxış edib. Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Tacikistanın təhsil nazirliklərinin nümayəndələri DOQUP layihəsinin Bolonya prosesinə inteqrasiyası üçün əhəmiyyətindən danışıblar.

Bundan sonra DOQUP layihəsinin ölkələr üzrə milli koordinatorları təqdimatlarla çıxış ediblər. Onlar layihə nəticələrinin milli səviyyədə təhsil sisteminə təsirini müzakirə ediblər.

Daha sonra universitet nümayəndələri təmsil etdiyi universitetlərdə layihənin nəticələri haqqında təqdimatlarla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti