...

Mikayıl Cabbarovdan yeni rəhbər təyinatları

Cəmiyyət Materials 28 Dekabr 2015 18:09 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yeni müdir təyin edilib.
Mikayıl Cabbarovdan yeni rəhbər təyinatları

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yeni müdir təyin edilib.

İdarədən Trend-ə verilən məlumata görə, dekabrın 28-də təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva BŞTİ-nin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, bu təyinata qədər M.Vəliyeva İdarənin müdir müavini vəzifəsində çalışıb.

Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva İdarənin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov isə qurumun İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti