...

"Azərbaycan Dəmir Yolları" bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi

Cəmiyyət Materials 16 Mart 2016 11:27 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bayram günləri ilə əlaqədar növbəli iş sisteminə keçib.
"Azərbaycan Dəmir Yolları" bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi

Bakı. Samir Əli - Trend:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bayram günləri ilə əlaqədar növbəli iş sisteminə keçib. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

N.Əzməmmədov bildirib ki, bayram ərəfəsində dəmir yolunda sərnişin sıxlığını aradan qaldırmaq üçün qurum rəhbərliyi xüsusi tədbirlər planı təsdiqləyib: "Plana əsasən martın 18-i və 19-da dəmir yolu stansiyaları, körpülər, sərhəd-keçid məntəqələri və qatarlarda sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək üçün mühafizə sistemi gücləndiriləcək. Bununla yanaşı, həmin günlərdə sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq. Bu vaqonlara bilet satışı həmin günlər həyata keçiriləcək".

N.Əzməmmədov bildirib ki, əlavə vaqonlar əsasən ölkənin Qərb istiqaməti üzrə hərəkət edən qaratlara qoşulacaq: "Səbəb bayram günlərində həmin istiqamət üzrə hərəkət edən qatarlarda daha çox sərnişin sıxlığının yaranmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti