...

752 059 mina və PHS zərərsizləşdirilib

Cəmiyyət Materials 7 Sentyabr 2016 11:00 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənməsi əməliyyatları ilə bağlı hesabat açıqlanıb.
752 059 mina və PHS zərərsizləşdirilib

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənməsi əməliyyatları ilə bağlı hesabat açıqlanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, avqust ayında 7 296 238 m2 ərazi yoxlanılıb, mina və PHS təmizlənib. 27 007 ədəd PHS və 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 505 nəfər əməliyyat heyəti və 125 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 385 710 321 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 059-dir.

Avqust ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti