...

Bakıda İTEC günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2016 12:45 (UTC +04:00)
Hindistanın Texniki İqtisadi Əməkdaşlıq (İTEC) proqramının azərbaycanlı məzunları bu ölkənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə dekabrın 16-da Hyatt Hotelində keçirilən tədbirdə bir araya gəliblər.
Bakıda İTEC günü qeyd edilib  (FOTO)

Bakı. Trend:

Hindistanın Texniki İqtisadi Əməkdaşlıq (İTEC) proqramının azərbaycanlı məzunları bu ölkənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə dekabrın 16-da Hyatt Hotelində keçirilən tədbirdə bir araya gəliblər. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə bu proqram çərçivəsində Hindistanda təlim kurslarında iştirak etmiş müxtəlif dövlət qurumlarının rəsmiləri, peşəkarlar və iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bildirib ki, İTEC proqramı Hindistan hökuməti tərəfindən müxtəlif sahələrdə öz inkişaf təcrübəsini və biliyini Azərbaycan kimi beynəlxalq tərəfdaşlarla bölüşmək məqsədilə 1964-cü ilin sentyabr ayından etibarən həyata keçirilir. Proqramın üç mühüm tərkib hissəsi var ki, bunlar texniki yardımın çatdırılması, texnologiyanın ötürülməsi və təlim və biliklərin qazanılmasıdır.

Səfir S.Rana qeyd edib ki, İTEC proqramı çərçivəsində Hindistan hökuməti ölkənin ən yüksək səviyyəli müəssisələrində bütün xərclərin qarşılandığı təqaüd proqramı ilə təmin edir. Təqaüdə beynəlxalq səyahət, kurs xərcləri, yaşayış, kitablar və Hindistanda tibbi xərcləri və digər xərclər daxildir. Proqram çərçivəsində iştirakçılar təlim kurslarında iştirak edirlər. Hazırda hər il müxtəlif sahələrdə 300-ə yaxın qısamüddətli, ortamüddətli və uzunmüddətli təlim kursları təşkil edən 56 müəssisə var və bu kurslarda iştirak etmək məqsədilə dünyanın 160 ölkəsindən Hindistana təxminən 10000 tələbə gəlir.

Səfir həmçinin qeyd edib ki, Azərbaycana İTEC proqramında hər il 15 yer ayrılır. 2004-cü ildən etibarən 100-dən çox azərbaycanlı nümayəndə İTEC proqramı çərçivəsində Hindistanda müxtəlif kurslarda iştirak edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov tədbirdə iştirak çıxış edib. O qeyd edib ki, Dövlət Agentliyinin bir sıra əməkdaşları “Külək turbin texnologiyası və tətbiqi” mövzusunda ITEC proqramları çərçivəsində təşkil edilən təcrübə proqramlarında vı seminarlarda iştirak edib və Azərbaycanda bu sahədə görülmüş işlərlə bağlı təcrübə mübadiləsi aparıb. C.Məlikov bildirib ki, Azərbaycan Hindistanın Baş Nazirinin təşəbbüsü ilə irəli sürülən və günəş ehtiyatı ilə zəngin olan ölkələr arasında əməkdaşlıq üçün ümumi platforma kimi fəaliyyət göstərən və böyük günəş enerjisi potensialına malik ölkələrə günəş enerjisi stansiyalarının inşası üçün lazımi imkanı yaradacaq Beynəlxalq Günəş Enerjisi Birliyinə maraq göstərir.

Hindistan və Azərbaycan arasında sıx və dostluq münasibətləri var və ölkələr siyasi, ticarət və sərmaye, təhsil və mədəniyyət sahələri daxil olmaqla bir çox sahələrdə fəal əməkdaşlıq edirlər. Hindistan və Azərbaycan güclü, parlaq və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirirlər. Tərəflər 2016-cı ilin oktyabr ayında Hökumətlərarası Komissiyanın 4-cü ikitərəfli iclasını keçiriblər. İclas zamanı ticarət və sərmayə, nəqliyyat, energi, kimyəvi məhsullar və gübrə, kənd təsərrüfatı, elm və texnologiya, informasiya və kommunikasiya texnologiyaları (İKT), səhiyyə və əczaçılıq, təhsil, mədəniyyət, gənclər və idman kimi müxtəlif sahələrdə əməkdaşlıq üçün təklifləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti