...

Şagirdlərin psixoloji problemlərinin qarşısını almaq işinə Təhsil İdarəsi qoşuldu

Cəmiyyət Materials 7 Dekabr 2017 11:20 (UTC +04:00)
Paytaxt məktəblərində təhsil alan ibtidai sinif şagirdlərinin valideynləri üçün maarifləndirici təlimlər təşkil olunur.
Şagirdlərin psixoloji problemlərinin qarşısını almaq işinə Təhsil İdarəsi qoşuldu

Bakı. İlhamə İsabalayeva - Trend:

Paytaxt məktəblərində təhsil alan ibtidai sinif şagirdlərinin valideynləri üçün maarifləndirici təlimlər təşkil olunur.

Başı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan təlimlərdə “Məktəblinin dostları” və psixoloqlar moderatorluq edirlər.

Təlimlərin keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərində psixoloji problemlərin yaranmasının qarşısını almaq, bununla bağlı valideynlərin məktəblərlə birgə işini təşkil etmək və onları maarifləndirməkdən ibarətdir.

Təlimlərdə uşaq psixologiyasına dair məsələlər müzakirə olunur, azyaşlı məktəblilərdə psixoloji problemlərin əmələ gəlməməsi üçün valideynlərə müvafiq təlimatlar verilir. Həmçinin, valideynlərin məsələ ilə bağlı məktəb və müəllimlərlə sıx əməkdaşlıq etməsinin vacibliyi önə çəkilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti