...

Ötən gün üzrə kriminal hadisələrin statistikası açıqlanıb - Axtarışda olan 26 nəfər saxlanılıb

Cəmiyyət Materials 13 Yanvar 2018 09:20 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) yanvar ayının 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.
Ötən gün üzrə kriminal hadisələrin statistikası açıqlanıb - Axtarışda olan 26 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) yanvar ayının 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

DİN mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublika daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

Bundan başqa, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti