...

Sahil qəsəbə sakinləri ilə səyyar görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2018 21:38 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Sahil qəsəbə sakinləri ilə səyyar görüş keçirilib (FOTO)

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 250-dən çox qəsəbədə sakinləri iştirak edib.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilib.

Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti