...

Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 28 Fevral 2019 02:37 (UTC +04:00)
Fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası nümayiş olunub.
Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Bakı. Trend:

Fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası nümayiş olunub.

Trend-in məlumatına görə, mərkəzin səhnəsində nümayiş edilən səhnə əsəri Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunub.

Əsərin müəllifi Elnurə Abdullayeva, quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru respublikanın əməkdar artisti Loğman Kərimovdur.

Elnurə Abdullayevanın əsəri əsasında hazırlanan tamaşada erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir.

Tamaşada aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti