...

Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir

Gündəm Materials 23 Aprel 2019 10:06 (UTC +04:00)
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir.
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir

Bakı. Trend:

May bayramı günlərində təyyarələrdə biznes-sinif yerləri üzrə uçmağa üstünlük verən rusiyalı səyahətçilər arasında ən populyar 5 istiqamətdən biri Azərbaycanın paytaxtı Bakıdır.

Trend-in məlumatına görə, bu istiqamətlərə Bali, Almaniyanın Köln və Münhen şəhərləri, Maldiv adaları da daxildir.

Biznes-sinif üzrə aviabiletlərin (gediş-dönüş) satışı 14 faiz, yəni 66 220-dən 75 655 rubla qədər artıb.

May bayramı günlərində ən bahalı biznes-sinif bileti Sankt Peterburqdan Nyu Yorka və geriyə təşkil edir - 139 min rubl. İkinci yerdə Moskva-Filippin (121 min manat), üçüncü yerdə isə Moskva-London (107 min rubl) reysi gəlir.

Ümumilikdə Moskvadan biznes-sinif üzrə uçuşların payı il ərzində 67 faizdən 49 faizədək azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti