...

Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb

Cəmiyyət Materials 17 Dekabr 2019 11:57 (UTC +04:00)
Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb.
Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, Bakı-Quba-Rusiya sərhədində olan yola Asiya İnkişaf Bankından kredit ayrılıb, Türkiyə və Qazaxıstanın şirkətləri ilə bərabər işlər aparılacaq.

QSC sədri qeyd edib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri də başa çatdırılıb.

Onun sözlərinə görə, Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən keçəcək:

“Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti