...

Bu tələbələrin keçmədikləri təcrübə müddəti qiymətləndirmədə nəzərə alınmayacaq

Cəmiyyət Materials 7 May 2020 18:09 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali məktəblərin sonuncu kursunda oxuyan tələbələrin keçmədikləri təcrübə müddəti qiymətləndirmə zamanı nəzərə alınmayacaq.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu il fevral ayından ali məktəblərin sonuncu kursunda oxuyan tələbələr təcrübələrə qatılıblar:

“Pandemiya ilə əlaqədar mart ayından onların bir çoxu təcrübəni başa çatdıra bilməyiblər. Keçirilməyən təcrübə müddəti tələbələrdən tələb olunmayacaq və onların qiymətləndirilməsi həyata keçiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti