...

Metro stansiyalarında sərnişin sıxlığına nəzarət ediləcək

Cəmiyyət Materials 8 May 2020 17:25 (UTC +04:00)
Metro stansiyalarında sərnişin sıxlığına nəzarət ediləcək

Bakı. Samir Əli - Trend:

Metro stansiyalarında sıxlığın aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, bununla bağlı stansiyalada sərnişinlərə nəzarət ediləcək: "Əgər sıxlığı aradan qaldırmaq mümkün olmasa, metronun fəaliyyəti yenidən bağlana bilər. Bu, istisna deyil. Amma biz çalışacağıq ki, sıxlığın aradan qaldırılması üçün bütün üsullardan istifadə edək".

İdarə Heyətinin sədr müavini Hidayət Məmmədov isə deyib ki, stansiyalar səhər saat 06: 00-dan gecə 00:00-a kimi fəaliyyət göstərəcək: "Qatarlar arasında interval uzadılmayacaq. Belə ki, interval 2 dəqiqə müəyyən edilib. Sıxlıq olarsa, qatarların qrafikində dəyişiklik edilə bilər. Hələlik mayın 9-u sıxlıq olması gözlənilmir. Amma olarsa, bu barədə tədbirlər görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti