Bakı. Elçin Mehdiyev – Trend:
İnternet informasiya resurslarının və kütləvi informasiya vasitələrinin gündəlik monitorinqi aparılaraq insan alveri, onun müxtəlif formaları və ictimai mənəviyyat əleyhinə olan 100-ə yaxın hüquqazidd əməl barədə məlumat aşkarlanıb və hər biri tam və hərtərəfli araşdırılıb.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.
Onlardan təsdiqini tapmış 4 fakt üzrə qanunvericiliyə uyğun tədbirlər görülüb. Bütövlükdə isə ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 53 fakt müəyyən edilərək 27 nəfər cinayət, 779 nəfər inzibati məsuliyyətə cəlb olunub.