...

Kazanda Azərbaycan diasporunun lideri mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 8 İyun 2020 16:33 (UTC +04:00)
Kazanda Azərbaycan diasporunun lideri mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

Rusiyanın Kazan şəhərində "Tatarıstan MSSR-in yaranmasının 100 illiyi" xatirə nişanı ilə təltif olunanların təntənəli mükafatlandırma mərasimi keçirilib. Təltif edilənlər arasında Kazanda Azərbaycan diasporunun lideri Bəşir Bəşirov da var. Tatarıstan xalqlarının Dostluq Evində gerçəkləşdirilən tədbir zamanı mükafat Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Bəşir Bəşirova təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, mərasimdə çıxış edən Tatarıstan Respublikasının Dövlət Şurasının və Xalqlar Assambleyası Şurasının sədri Fərid Muxametşin bildirib ki, millətlərarası barışın, konfessiyalararası razılığın olması çox böyük nemətdir: "Sizin bizimlə bərabər həyata keçirdiyiniz işləri dəyərləndirməmək qeyri-mümkündür".

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi soydaşımız Bəşir Bəşirovu səmimi-qəlbdən təbrik edir, diaspor rəhbərinə xalqımızın adət-ənənələrinin və mədəniyyətinin qorunması və təbliği naminə Tatarıstan Respublikasında həyata keçirdiyi fəaliyyətində uğurlar arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti