...

İmtahanda iştirak etməyən şagirdlər üçün təkrar imtahanın təşkili TƏBİB-in səlahiyyətində deyil - Yaqut Qarayeva

Cəmiyyət Materials 11 İyun 2020 18:07 (UTC +04:00)
İmtahanda iştirak etməyən şagirdlər üçün təkrar imtahanın təşkili TƏBİB-in səlahiyyətində deyil - Yaqut Qarayeva

Bakı. İlhamə İsabalayeva – Trend:

Bədən hərarəti yüksək olduğu üçün buraxılış imtahanlarında iştirak etməyən şagirdlər üçün yenidən imtahanların təşkili TƏBİB-in səlahiyyətində olan məsələ deyil.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu məsələlər Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən müzakirə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti