...

Yeni tədris ilinin başlaması noutbuka olan tələbatı artırıb

Cəmiyyət Materials 31 Avqust 2020 15:20 (UTC +04:00)
Yeni tədris ilinin başlaması noutbuka olan tələbatı artırıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Planşetə olan tələbat elə də yüksək deyil, ancaq noutbuk alıcıları artıb.

Bunu Trend-ə açıqlamasında Bakıda yerləşən mağazalardan birinin sahibi Nurəddin Heydərov bildirib. Onun sözlərinə görə, üç ay əvvəl demək olar ki, noutbuka maraq çox az idi, ancaq son günlər artım müşahidə olunur:

“Yayın əvvəlində noutbuka olan tələbat çox az idi, insanlar yalnız xarab olan enerji yükləyicisini yenisi ilə əvəzləyirdilər. Bu gün isə alıcı sayı artıb, o cümldən xarab olan noutbukları düzəltdirmək istəyənlər də çoxalıb. Alıcı qüvvəsənin artması avqustun 20-dən müşahidə edilir”.

N.Heydərov ən çox hansı noutbuklara üstüklük verilirdiyi barədə də danışıb. Qeyd edib ki, hazırda yeni tədris ilinin açılması ilə əlaqədar olaraq valideyn və tələbələrin daha çox istədikləri odur ki, videoizləmə zamanı komputer donmasın:

“Hazırda üstünlük təşkil edən noutbuklar prosessorunun gücünə görə seçilir. A3 adlanan nəsl komputerlərdə video izləmək və digər əməliyyatlar zamanı donma az olduğu üçün hazırda bunlara daha çox üstünlük verilir. Bunlar növlərə bölünür, A3, A5, A7 və A9. A3 modelli noutbukun qiyməti 300 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti