...

Ötən il inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin sayı açıqlanıb

Cəmiyyət Materials 6 May 2022 16:10 (UTC +04:00)
Ötən il inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılmış işlərin 64,5 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İşlərin 25,5 faizinin icraatına xitam verilmiş, 8,6 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılmış, 1,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 15,3 faiz azalaraq 46,4 min nəfər olmuşdur. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 46,4 faizinə inzibati cərimə, 28,2 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 20,0 faizinə inzibati həbs, 2,9 faizinə xəbərdarlıq, 1,9 faizinə ictimai işlər, 0,6 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti