...

Azərbaycanda 7 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 17 May 2022 19:33 (UTC +04:00)
Azərbaycanda 7 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) 7 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 680 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 921 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 50 nəfərdir.

Ölkədə son sutka ərzində 3 110, hazırkı dövrədək isə 6 858 298 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti