Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələri və qazilər üçün kiçik təsərrüfat və müəssisələrin yaradılması işləri davam etdirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, son bir həftə ərzində bu kateqoriyalardan olan 100-ə yaxın şəxsə proqramın dəstəyi olaraq mal və materiallar formasında aktivlər verilib. Bu aktivlər hesabına onlar kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini yaradıblar.
Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.