Bakı. Trend:
Təqribən 2000 tələbəsi olan məktəblərin direktorları əgər dərs də deyirsə əməkhaqqısı 2000-2500 manat arasındadır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev suallara cavab verərkən deyib.
Nazir bildirib ki, 700 manat maaşla öz fənnini yaxşı bilən müəllimi direktor kimi işə cəlb etmək çətindir. “Direktor olmaq istəyən müəllim öz fənnini yaxşı bilməlidir”, - deyə nazir bildirib.