Bakı. Trend:
Əvvəllər Bakı şəhərinin mərkəzindən bir çox şəhərətrafı qəsəbələrə hərəkət edən elektrik qatarlarının bərpa edilməsi istiqamətində tədbirlərin görülməsi təklif edilir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.
Sənəddə həmçini inkişaf tempinə uyğun artmaqda olan sərnişin sıxlığının, yerüstü nəqliyyatın yükünün və tıxacların nisbətən azaldılması məqsədilə Bakı şəhərindəki mövcud ictimai nəqliyyat növləri (avtobus, metro, elektrik qatarı) arasında səmərəli əlaqələndirmənin təmin edilməsi təklif edilir.