...

"Gələcəyin mühəndisləri" intellektual yarışı keçirildi (FOTO)

Cəmiyyət Materials 30 Mart 2023 18:24 (UTC +04:00)
"Gələcəyin mühəndisləri" intellektual yarışı keçirildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun həyata keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan "Gələcəyin mühəndisləri" intellektual yarışı uğurla başa çatıb.

İlk olaraq tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra mühəndislik ixtisası üzrə təhsil alan tələbələrdə bu sahəyə marağın artırılması və inkişaf etdirilməsi məqsədilə baş tutan yarışda layihə rəhbəri Rüfət Rüstəmov açılış nitqi ilə çıxış edib. O, öz nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarını rəhbər tutaraq həyata keçirilən Qrant Müsabiqəsi çərçivəsində gənclərin fərdi layihələrinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb və mühəndislik sahəsi üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə yarışa qoşulan iştirakçılara uğurlar arzu edib. Daha sonra layihə koordinatoru Kənan Bağırov intellektual yarışın qaydaları barəsində iştirakçıları məlumatlandırıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə baş tutan yarış çərçivəsində təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə İntellektual klublarından mühəndislik istiqamətində təhsil alan tələbələrdən ibarət ümumilikdə 12 komandanın tərkibində 72 gənc kubok uğrunda mübarizə aparıb.

İki turdan ibarət bilik yarışı zamanı tələbələr müvafiq sahə üzrə sualları cavablandırıb, gərgin keçən final mərhələsində isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası yarışın qalibi olub. Qaliblər sertifikat və kubokla təltif edilib.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biridir və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti