...

Ucarda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2023 19:11 (UTC +04:00)
Ucarda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirildi.

Ucar RİH-dən Trend-ə verilən məlumata görə, konfransda Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi veteranları və qaziləri, çağırış yaşlı gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyuldu.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq qeyd etdi ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcək inkişaf strategiyasını müəyyən edib. Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır.

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan ordusu böyük inkişaf yolu keçib.

Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən söz açılıb.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, 3-cü qrup Vətən müharibəsi əlili Ayaz Həsənli, Rayon Gənclər və İdman idarəsinin rəis müavini Mirmehdi Heydərov, Qarabağ əlilləri və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov mövzu ətrafında çıxış etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti