...

Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

Cəmiyyət Materials 5 Oktyabr 2023 05:08 (UTC +04:00)
Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

Bakı. Trend:

İsveç Akademiyası 2023-cü il ədəbiyyat üzrə Nobel mükafatının qalibini elan edəcək.

Trend-in məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 15:00-da yeni Nobel mükafatçısının adını akademiyanın daimi katibi, Göteborq Universitetinin professoru Mats Malm açıqlayacaq. Bundan sonra Nobel Komitəsinin sədri Anders Ohlson bu yazıçı və ya şair haqqında danışacaq.

Alfred Nobelin (1833-1896) vəsiyyətinə görə, bu sahədə mükafat “idealist yönlü ən yaxşı ədəbi əsər”in müəllifinə verilməlidir.

İsveç mediasında 2023-cü ilin favoritləri arasında Çin yazıçısı Can Xue, isveçli və rusiyalı nasirlər Çerstin Ekman və Lyudmila Ulitskaya, norveçli dramaturq Jun Fosse, keniyalı yazıçı və dramaturq Nquqi Va Thiongo və avstraliyalı yazıçı Cerald Murnine var. Norveç yazıçısı və dramaturqu Daq Sulstad, hind əsilli britaniyalı yazıçı Salman Rüşdi, fransız yazıçısı Mişel Uelbek və nigeriyalı yazıçı Çimamanda Nqozi Adiçinin adları da mükafat alacağı güman edilənlər arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti