...

Doğma yurda qayıdışla fəxr edirəm - Laçın sakini

Cəmiyyət Materials 16 Oktyabr 2023 07:32 (UTC +04:00)
Doğma yurda qayıdışla fəxr edirəm - Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Laçına, doğma yurda qayıdışımla fəxr edirəm.

Trend-in məlumatına görə, bunu Laçın sakini Abbasov Rauf deyib.

Onun sözlərinə görə, Laçın həsrəti bitdiyi üçün çox sevinir.

"Allah Ali Baş Komandanımızı qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Yenidən Laçına qayıdıb yurd-yuva qurmaq arzusu bizə qismət olduğu üçün sevinirik", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Laçına daha 25 ailə, 96 nəfər yola salınıb. Bununla da Laçın şəhərində 252 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti