...

Bu il narkotiklə bağlı olan cinayətlərin və saxlanılanların sayı AÇIQLANIB

Cəmiyyət Materials 17 Noyabr 2023 18:18 (UTC +04:00)
Bu il narkotiklə bağlı olan cinayətlərin və saxlanılanların sayı AÇIQLANIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 7090 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Bildirilib ki, onlardan 81 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 665 kq 850,783 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 568 ədəd (327 kq 575 qr) narkotik tərkibli çətənə bitkisi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti