Bakı. Trend:
Gələn il Bakıda avtobusların elektrobuslarla əvəz olunması layihəsi planlaşdırılıb.
Trend bazar ertəsi xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Bildiyiniz kimi, gələn il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) konfrasına ev sahibliyi sahiblik edəcək. Gələn ildən Bakı küçələrində daha çox yeni elektrobuslar görəcəyik", - deyə o qeyd edib.
Xatırladaq ki, Şərqi Avropa regional qrupu 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasını (COP29) keçirmək üçün Azərbaycanı seçib. Bu barədə qərar dekabrın 11-də Dubayda keçirilən COP28 konfransı çərçivəsində rəsmi şəkildə elan olunub. COP29 konfransının Azərbaycanda 2024-cü ilin noyabr ayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Bakıda elektrik mühərrikli ilk avtobus marşrut xəttinə buraxılıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)