...

Bu il ölkədə 2 mindən çox zəlzələ qeydə alınıb

Cəmiyyət Materials 27 Mart 2024 11:57 (UTC +04:00)
Bu il ölkədə 2 mindən çox zəlzələ qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlin ötən dövrü ərzində Azərbaycanda 2 mindən yuxarı yeraltı təkan qeydə alınıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli RSXM-nin Monitorinq Mərkəzində keçirilən "Açıq qapı" günündə jurnalistlərə açıqlamasında bildirib.

Baş direktorun sözlərinə görə, qeydə alınan zəlzələlərdən 16-nın maqnitudası 3 və ondan yuxarı olub.

"Təkanların sayı gündən-günə artsa da, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Ölkə ərazisində seysmik aktivlik fon səviyyəsindədir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti