...

Bakıda evdən oğurluq edilib

Cəmiyyət Materials 24 Avqust 2024 11:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda evdən oğurluq edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 23-də Xətai rayonu N.Tusi küçəsində yerləşən evlərin birindən içərisində 200 manat, 180 manat dəyərində mobil telefon, bank kartları və ev açarları olan çantanın talanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən İ.Quliyev və əvvəllər məhkum olunmuş R.Zeynallı müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti