...

Ucarda qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı

Cəmiyyət Materials 16 Fevral 2025 13:31 (UTC +04:00)
Ucarda qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

16.02.2025-ci il tarixində saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 22 nəfər (7-si qadın cinsli, 15-i kişi cinsli olmaqla) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib. Qeyd edək ki, xəsarət alanlardan 1-i 2020-ci il təvəllüdlü azyaşlıdır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi, qarın boşluğu orqanlarının əzilməsi və sair diaqnozlar qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

"Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanada stasionar şəraitdə davam etdirilir. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə qeyd edilib.

Qeyd edək ki, Ucar rayonunun Qulubənd kəndi ərazisində 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib. Qəza nəticəsində iki nəfər həyatini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti