...

Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır - Nazir

Cəmiyyət Materials 14 Aprel 2025 09:45 (UTC +04:00)
Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır - Nazir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Gələcəkdə Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusuna həsr olunmuş konfransda bildirib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda tədris olunacaq.

E.Əmrullayev universitetin tələbələrinə xüsusi təşəkkür edib:

“Qarabağ Universitetinin mahiyyəti tələbələrdir. Onların universitetin inkişafında rolu böyükdür. Buna görə onlara təşəkkür düşür. Onların əzmi və uğurlu nəticələri sayəsində universitet daha da inkişaf edir və edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti